Obyekt Çovdarovun olmadı
20 Aprel 2016 15:55 SosialMətbuatda Bakı şəhər Binəqədi rayonu Mir Cəlal küçəsi ilə Cavadxan küçəsinin kəsişdiyi ərazidə sökülmüş İdman Sağlamlıq Kompleksinin keçmiş MTN-çi Akif Çovdarova məxsus olması barədə məlumat dərc olunub. Sökülmüş Kompleksin sahibi İlqar Məmmədov "Olaylar"a bildirib ki, sözügedən obyektin Akif Çovdarova heç bir aidiyyatı yoxdur: "2008-cı ildə Binəqədi rayonu Mir Cəlal küçəsi ilə Cavadxan küçəsinin kəsişdiyi ərazidə İdman Sağlamlıq Kompleksi inşa etmək məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin razılığı əsasında Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən sərəncam verilib. 2011-ci ildə isə Kompleksin inşası üçün tələb olunan bütün sənəd və layihələr ekspertizadan keçdikdən sonra tikinti işlərinə başlanılıb. 2016-cı ilin aprel ayında isə yaşıllııq-abadlıq işləri aparılması məqsədilə İdman Kompleksi Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən sökülüb. Hazırda sökülmüş İdman Kompleksinin keçmiş MTN-çi Akif Çovdarova məxsus olduğu barədə mətbuatda məlumatlar dərc olunub: "Bəyan edirəm ki, İdman Kompleksinin Akif Çovdarova heç bir aidiyyatı yoxdur. Lakin mətbuat dəqiqləşdirmə aparmadan qeyri-obyektiv informasiya yayıb. Qətiyyətlə bildiriəm ki, biz belə bir şəxsi tanımamışıq və tanımaq da istəmirik. Biz ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu, prezident İlham Əliyevin davam etdirdiyi siyasəti dəstəkləyir və ona ürəkdən sadiq insanlarıq. Hər zaman canımızı və malımızı dövlətin və prezidentin yolunda fəda etməyə hazırıq."