Braziliyada Azərbaycan sənədli və bədii filmlərindən ibarət kino həftəsi keçirilib

Braziliyada yerləşən Braziliya Bankının Mədəniyyət Mərkəzində (CCBB) Heydər Əliyev Fondunun və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə, Azərbaycanın Braziliyadakı səfirliyinin təşkilatçılığı ilə portuqal dilinə tərcümə olunmuş Azərbaycan sənədli və bədii filmlərindən ibarət kino həftəsi keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, kino həftəsi çərçivəsində "Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu" sənədli filmi həmçinin, "Arşın mal alan", "Nabat", "Çölçü", "Təhminə" və "Axınla aşağı" bədii filmləri nümayiş etdirilib. Braziliya Bankının Mədəniyyət Mərkəzi tərəfindən tədbirin əsas filmi kimi Heydər Əliyev Fondunun dəstəyi ilə istehsal edilmiş Arzu Əliyevanın layihə rəhbəri olduğu "Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu" sənədli filmi seçilib. Tədbirin əvvəlində Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov çıxış edərək, Arzu Əliyevanın layihə rəhbəri olduğu "Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu" sənədli filminin faşizm üzərində Qələbənin 70 illik yubileyinə həsr olunduğunu və filmin çəkilməsində məqsəd Azərbaycan xalqının faşizm üzərində Qələbədə tarixi rolunu, Bakı neftinin strateji əhəmiyyətini bütün dünyaya göstərmək eyni zamanda, bu tarixi həqiqəti indiki və gələcək nəsillərə çatdırmaqdan ibarət olduğunu qeyd edib. O, filmin təqdim edilməsində göstərdiyi dəstəyə görə Heydər Əliyev Fonduna dərin təşəkkürünü ifadə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00