“İnsan resurslarının idarə edilməsi, dövlət qulluqçusundan tələb olunan bacarıqlar”
20 Aprel 2016 15:28 Sosial"Dövlət Qulluğu haqqında" və "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikası Qanununun tələblərini nəzərə alaraq, dövlət qulluqçularının xidməti fəaliyyətinin təkmilləşdirilməsi üçün bir sıra tədbirlər həyata keçirilir. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "OLAYLAR"-a daxil olan məlumata görə, tədbirlərdən biri aprelin 21-də Şəmkir rayonunda "İnsan resurslarının idarə edilməsi, "Dövlət qulluqçusundan tələb olunan bacarıqlar" mövzusunda zona seminar müşavirədir. Seminarda Gəncə, Yevlax, Mingəçevir, Şəmkir, Gədəbəy, Tovuz, Samux, Qazax, Ağstafa, Daşkəsən rayon (baş idarələrinin) rəhbər vəzifəli şəxslərinin iştirakı nəzərdə tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00