Ümumdünya Humanitar Yardım Sammiti keçiriləcək

İstanbulda mayın 23-24-də ilk dəfə olaraq "Ümumdünya Humanitar Yardım" sammiti keçiriləcək. "OLAYLAR"-ın xəbərinə görə, zirvə toplantısı Birləşmiş Millətlər Təşkilatının Baş katibi Ban Ki Munun humanitar yardım və dünya ölkələrinin böhranla mübarizədə birgə fəaliyyət üçün qlobal çağırışının nəticəsi kimi dəyərləndirilir. Aprel ayından etibarən fəaliyyət göstərən təşkilati komandada Azərbaycanı "Bizim Gənclik"İctimai Birliyinin sədri, BMT-nin Azərbaycan Ofisinin Gənclər üzrə Məşvərət Şurasının üzvü Sona Əlizadə təmsil edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00