Bir neçə məmur işdən çıxarıldı

Bakı Telefon Rabitəsi İstehsalat Birliyində (BTRİB) ciddi kadr dəyişikliyi olub. APA  bildirir ki, birliyin Stansiya qurğularının istismarı şöbəsinin rəisi Qaryağdı Nağıyev, Xətt Qurğularının İstismarı şöbəsinin rəisi Kərəm Məmmədov işdən çıxarılıblar. Bundan başqa, birliyin Sorğu-məlumat sexinin rəisi Əhliman İsmayılov da tutduğu vəzifədən uzaqlaşdırılıb. BTRİB-dən məsələ ilə şərh verilməyib.

Qeyd edək ki, BTRİB Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00