Mayda da əfv olacaq?

"May ayında yenidən əfvlə bağlı sərəncam verilə bilər". Bunu aznews.az-a açıqlamasında İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Mirvari Qəhrəmanlı deyib. Onun sözlərinə görə, bəzi şəxslər hələ də əfv ərizəsi yazmayıb: "Biz hüquq müdafiəçiləri Əfv komissiyasına müraciət edirik. Elə şəxslər var ki, onlar ərizə yazmayıblar. Biz onların əfv olunması üçün ərizə yazıb xahiş edirik. Əfv sərəncamı həm də komissiyanın iclasının olmasından asılıdır. Azərbaycan humanist addımlar atmaqdadır. Amma necə olacaq, nə vaxt olacaq, onu Prezident deyəcək". M.Qəhrəmanlı bu günlərdə hüquq müdafiəçilərinin yeni iclasının keçiriləcəyini bildirib: "Biz çalışırıq ki, İşçi qrupunun da iclası olsun. Hazırda bununla bağlı müzakirələr gedir".

Qeyd edək ki, ölkə başçısı sonuncu əfv sərəncamını Novruz bayramı ilə əlaqədar imzalayıb. Həmin sərəncam 137 məhbusa şamil olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00