ETSN: Böyük və Kiçik Qafqazın çaylarında sululuğun artımı gözlənilir

"Son günlər havanın temperaturunun yüksəlməsi və dağlıq ərazilərdə tədricən qarın əriməsi nəticəsində Böyük və Kiçik Qafqazın çaylarında sululuğun artımı gözlənilir". Bunu  açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev deyib. O bildirib ki, xüsusən Quba-Qusar bölgəsindən axan çaylarda sululuğun artımı proqnozlaşdırılır. Baş hidroloq qeyd edib ki, hazırda respublika ərazisindəki çaylarda gursululuq dövrü davam etməkdədir: "Gursululuq əsasən Böyük və Kiçik Qafqazın çaylarında müşahidə olunur. Xüsusən də Quba-Qusar bölgəsinin ərazisindən axan çaylarda gursululuq çoxdur. Qar ölçmə işlərinin nəticələri də onu göstərir ki, Quba-Qusar dağlıq ərazilərinə düşən qar normadan çox olub". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00