Xilasedicilər sürücünü sıxılmış avtomobildən çıxarıblar

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xətai rayonunda Shacman markalı iki yük avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verib. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunublar. Xilasedicilər qəza nəticəsində deformasiyaya uğramış yük avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00