Azərbaycandan Rusiyaya ixrac olunan 20 ton quru süd geri qaytarılıb
8 Aprel 2016 11:06 SosialRusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Agentliyi Azərbaycana bu ölkəyə ixrac olunan 20 ton quru südü geri qaytarıb. "APA-Economics" xəbər verir ki, buna səbəb istehsalçı şirkətin Rusiyaya ixrac hüququnun olmamasıdır. Qadağan olunmuş məhsul Dağıstan ərazisində saxlanılıb. Federal Agentlik xatırladır ki, Avrasiya İqtisadi Birliyinin üzvü olan ölkələrin ərazisinə yalnız 4 Azərbaycan şirkəti məhsul ixrac edə bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00