Deputat: Azərbaycan, Rusiya və İran arasında əməkdaşlığın yeni mərhələsi başlayacaq

"Bakıda keçirilən Azərbaycan, Rusiya və İran xarici işlər nazirlərinin görüşü yüksək qiymətləndirilməlidir, çünki burada müzakirə olunan məsələlər hər üç ölkə üçün çox əhəmiyyətlidir". Bunu Trend-ə Milli Məclisin deputatı Rövşən Rzayev deyib. R.Rzayev bildirib ki, görüşdə müzakirə edilən "Şimal-Cənub" nəqliyyat dəhlizi regionda həm iqtisadiyyatın inkişafına, həm də təhlükəsizliyə mühüm töhfə verəcək: "Hesab edirəm ki, bu görüşdən sonra Azərbaycan, Rusiya və İran arasında əməkdaşlığın yeni mərhələsi başlayacaq". Deputatın fikrincə, bu görüş siyasi münasibətlərin də möhkəmlənməsinə xidmət edəcək. O bildirib ki, Azərbaycan, Rusiya və İranın xarici işlər nazirləri görüşü Dağlıq Qarabağ münaqişəsinin həllinə də təsir göstərə bilər: "Azərbaycan həm İran, həm də Rusiya ilə yaxşı münasibətlərə malikdir. Hesab edirəm ki, son nəticədə həm Rusiya, həm də İran Dağlıq Qarabağ münaqişəsinin həllində böyük rol oynaya bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00