Neft qiymətlərinin aşağı düşməsinin postsovet ölkələrinin iqtisadiyyatına təsiri müzakirə edilir

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin İqtisadiyyatın təhlili və qloballaşma məsələləri şöbəsinin aparıcı elmi işçisi Gülmira Rzayeva Avstriyaya səfər edib. "OLAYLAR"-ın SAM-a istinadən verdiyi xəbərə görə, səfərdə məqsəd Avropa İttifaqı - Rusiya/MDB üzrə Qabaqcıl Tədqiqatlar və Müqayisəli Təhlil Mərkəzinin "Neft qiymətlərinin aşağı düşməsinin postsovet ölkələrinin iqtisadiyyatına təsiri" mövzusunda təşkil etdiyi dəyirmi masada iştirak etməkdir. SAM təmsilçisi tədbirdə "Aşağı qaz giymətləri fonunda böyük qaz layihələrinin reallaşdırılması" mövzusunda məruzə edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00