Daha bir şirkət Bakı avtobuslarında nağdsız ödənişləri işə salır
7 Aprel 2016 16:29 Sosial"Xaliq Faiqoğlu" nəqliyyat şirkəti Bakı avtobuslarında nağdsız ödənişləri işə salır. Bunu Trend-ə şirkətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Füzuli Sadıqov deyib. Onun sözlərinə görə, hazırda 6 marşrut avtobusunda gediş haqqının nağdsız ödənişi üçün oxuyucu qurğunun quraşdırılması üzrə işlər aparılır: "İşlərin ayın sonunadək başa çatdlrılması planlaşdırır". F.Sadıqov qeyd edib ki, nağdsız ödənişləri populyarlaşdırmaq üçün müəyyən sayda nəqliyyat kartları pulsuz paylanılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00