“Səyyar QHT məktəbi” cəbhə bölgəsində
7 Aprel 2016 16:16 SosialFüzuli rayonu 3 saylı Qayıdış Bələdiyyəsinin təşkilatçılığı ilə Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ regional ofisi "Səyyar QHT məktəbi" layihəsi çərçivəsində Füzuli rayon gənclərinin ictimai fəaliyyətini artırmaq və onların vətəndaş cəmiyyəti institutlarında iştirakını təmin etmək məqsədilə təlimlər keçirəcək. Mərkəzdən "OLAYLAR"-a bildirilib ki, aprelin 20-dək davam edəcək təlimin məqsədi vətəndaş cəmiyyəti institutları üçün kadrlar hazırlamaq, QHT sektoru ilə maraqlanan şəxslərin bilik və təcrübəsini artırmaqdır. Geridə qalan günlərdə təlim iştirakçılarına iştirakçılara əsasən QHT fəlsəfəsi, idarə edilməsi , komanda işi və strukturunun inkişafı, ictimaiyyətlə əlaqələrinin qurulması, layihə təkliflərinin hazırlanması və s. mövzular tədris olunub.