Keçən ay BTC kəməri ilə 2,6 milyon tondan artıq Azərbaycan nefti nəql olunub

2016-cı ilin mart ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 623 min 733 ton Azərbaycan nefti nəql olunub. "OLAYLAR"-ın ARDNŞ-ə istinadən verdiyi xəbərə görə, cari ilin yanvar-mart aylarında bu kəmərlə 7 milyon 313 min 312 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2016-cı il aprel ayının 1-ə qədər BTC-yə 299 milyon 988 min 701 ton neft vurulub. Bundan başqa, 2016-cı ilin mart ayında BTC kəməri ilə 440 min 162 ton Türkmənistan nefti nəql edilib

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00