Türkmənistan sahillərində aşkar edilmiş cəsəd identifikasiya olunub
7 Aprel 2016 15:24 SosialAprelin 2-də Xəzər dənizinin Türkmənistan sahillərində aşkar edilmiş cəsədin DNT analizinin nəticələri məlum olub. "OLAYLAR"-ın ARDNŞ-ə istinadən verdiyi xəbərə görə, cəsəd 28 May NQÇ-nin 10 saylı dərin dəniz özülündə nəzarət ölçü cihazlarının çilingəri Rzaxanov Edik Rivazin oğlunundur. O, dekabrın 4-də təbii fəlakət nəticəsində "Günəşli" yatağında baş vermiş qəzada itkin düşən neftçilərdəndir.
Dekabrın 4-də Neft Daşlarındakı 501 saylı və ''Günəşli'' yatağındakı 10 saylı dəniz özüllərində baş vermiş qəzalar nəticəsində itkin düşmüş neftçilərin axtarışı davam edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00