TQDK cəbhəyanı ərazilərdə səyyar sənəd qəbulu komissiyaları yaradıb
7 Aprel 2016 15:18 SosialTələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Füzuli, Tərtər və Goranboy rayonlarının ümumtəhsil müəssisələrini əvvəlki illərdə bitirən məzunlarının elektron ərizələrini rahat şəraitdə təsdiqini təmin etmək üçün səyyar Sənəd Qəbulu Komissiyaları (SQK) yaradıb. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, səyyar SQK-lar aprelin 11-15 tarixinədək 10:00-17:00 saatlarında fəaliyyət göstərəcək. SQK-lar Füzulidə Təhsil şöbəsində, Tərtərdə Gənclər Mərkəzində, Goranboyda isə Heydər Əliyev Mərkəzində olacaq. Cari ilin məzunları elektron ərizələrini SQK-ya müraciət etmədən özləri təsdiq edirlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00