Bakıda cibgir saxlanıb

Metronun "28 May" stansiyasında Bakı şəhər sakini Elvira Cəfərovanın cibindən mobil telefon oğurlanıb. DİN-dən verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş paytaxt sakini Fərid Ağaəliyev tutulub. Həmçinin Nizami RPİ 24-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 4-də beş paytaxt sakininə məxsus avtomobildən akkumulyator oğurlamış Bakı şəhər sakini Tural Tağıyev və Şərur rayon sakini Pərviz Xasayəli tutulublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00