On evdən oğurluq etmiş keçmiş məhkum tutuldu

Silsilə oğurluq hadisələri törədən keçmiş məhkum yenidən dəmir barmaqlıqlar arxasına qayıtdı. "Olaylar" Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Suraxanı RPİ 31-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 16-dan martın 31-dək olan müddətdə paytaxt ərazisindəki 10 mənzildən və bir avtomobildən pul, qızıl, məişət və geyim əşyaları oğurlanıb. Oğurluq hadisələrini həyata keçirən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Tərlan Abbasov tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00