I sinfə şagird qəbulu üçün müddət uzadıldı

Bakı şəhəri üzrə I sinfə şagird qəbulu müsabiqə əsasında aparılan müəssisələrə, lisey və gimnaziyalara martın 1-dən aprelin 5-dək aparılan elektron qeydiyyat yekunlaşıb. Bakı şəhəri üzrə Təhsil İdarəsindən lent.az-a verilən məlumata görə, valideynlərin çoxsaylı müraciətlərinə əsasən, lisey və gimnaziyaların 1-ci sinfinə elektron qeydiyyatın vaxtı  bu gündən etibarən bir neçə gün artırılıb. Belə ki, I sinfə şagird qəbulu müsabiqə əsasında aparılan müəssisələrə, lisey və gimnaziyalara elektron qeydiyyat 10 aprel saat 00:00-dək davam edəcək.

Qeyd edək ki, seçim üçün müsabiqələr (imtahanlar)  aprelin 15-dən mayın 15-dək həyata keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00