Azərbaycan və İran sərhədyanı dəmir yolu körpüsünün təməlini atacaqlar
7 Aprel 2016 13:36 SosialAzərbaycan, İran və Rusiya bu ölkələrdən keçən nəqliyyat dəhlizlərinə, o cümlədən dəmir yolu şəbəkələrinə böyük önəm verirlər. Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov rusiyalı və iranlı həmkarları ilə keçirdiyi üçtərəfli görüşün yekunu üzrə mətbuat konfransında deyib. O qeyd edib ki, aprelin 20-də Azərbaycan və İran arasındakı sərhəddə dəmir yolu körpüsünün tikintisinin başlama mərasimi baş tutacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00