Ölümün 7-ci səbəbi…
7 Aprel 2016 12:53 Sosial2030-cu ilədək şəkərli diabet ölümə səbəb olan xəstəliklər sırasında 7-ci yerdə qərarlaşacaq. Hazırda 64 milyon insan şəkərli diabetdən əziyyət çəkir, hər il yüz minlərlə xəstə dünyasını dəyişir. Bunu virtualaz.org saytına BMT-nin Bakı ofisindən deyiblər. Xəbərdə bildirilir ki, aprelin 7-də Ümumdünya Sağlamlıq Günü qeyd edilir. Bu il sağlamlıq günü şəkərli diabetin müayinə və müalicəsinə həsr edilib. "Hesablamalara görə, azı 20 faiz 2-ci tip şəkərli diabet hallarının qarşısı alına bilər. Ümumdünya Səhiyyə Təşkilatının şəkərli diabet üzrə hesabatı dinləniləcək. "Fəal ol, sağlam qidalan, tibbi məsləhətlərə riayət et, şəkərli diabetə qalib gəl" şüarı altında keçiriləcək tədbirlər bütün dünyanın diqqətini diabet xəstələrinə yönəldəcək", - deyə açıqlamada qeyd edilir. İnkişaf etməkdə olan ölkələrdə əhalinin 14 faizə qədəri şəkərli diabet xəstəsidir.