"Heç kim belə uduzacağımızı gözləmirdi"

"Real" Çempionlar Liqasının 1/4 final mərhələsində keçirdiyi ilk oyunu gözlənilməz məğlubiyyətlə başa vurdu. Madridlilər səfərdə "Volfsburq"a 0:2 hesabıyla uduzublar. Goal.az  xəbər verir ki, oyundan sonra "Real"ın baş məşqçisi Zinəddin Zidan hər şeyin itirilmədiyini bildirib. "Bu oyundan razı qaldım. Heç kim belə uduzacağımızı gözləmirdi. Özüm də həmçinin. Bu gün, xüsusən fiziki baxımdan bizə çətin olacağını bilirdik. Sözsüz ki, "Barcelona" ilə oyun bizi yormuşdu. Bu oyuna Çempionlar Liqasına aid templə başlamadıq. "Real"da yığcamlıq və temp çatışmırdı. Qol vurmaq şanslarımız vardı. Amma nəticə ilə barışmaq lazımdır. Bu matçı bütünlüklə təhlil etmək lazımdır. Hər şey itirilməyib. Cavab oyununda azarkeşlərin dəstəyilə vəziyyəti xeyrimizə dəyişə bilərik. İrəlidə 90 dəqiqə, bəlkə də, daha çox vaxt var. İşləməyə davam etməliyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00