"Məqsədimiz yenə qələbə qazanmaqdır"

"Barselona"nın baş məşqçisi Luis Enrike Çempionlar Liqasının 1/4 finalında "Atletiko"ya 2:1 hesabı ilə qalib gəldikləri ilk oyundan sonra açıqlama verib. Qol.az-a istinadən xəbər verir ki, o, nəticədən razı qaldığını deyib: "Bu, yaxşı nəticədir. Cavab qarşılaşması daha çətin olacaq. "Visente Kolderon" stadionuna qollar vurmaq üçün çıxacağıq. Məqsədimiz yenə qələbə qazanmaqdır. Bunu edə biləcək bir komanda varsa, o da biz olmalıyıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00