QƏLƏBƏYƏ ƏZMLƏ-ƏDALƏTLİ SÜLHƏ İNAMLA!

Bu gün   Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı Beynəlxalq Mətbuat Mərkəzində "Qələbəyə əzmlə- ədalətli sülhə inamla" mövzusunda tədbir keçirdi. Tədbir   şəhidlərin   ruhunun   1   dəqiqəlik   sükutla   yad  edilməsi   və   Azərbaycanın   Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edildi.
Tədbiri giriş sözü ilə Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov açaraq ermənistanın 2 aprel 2016-cı il tarixdən etibarən  təmas xətti boyunca atəşkəsi yenidən pozmasını,   dinc   əhalinin   yaşadığı   kənd   və   qəsəbələri   ağır   silahlardan-artilleriyadan   atəşə tutmasını cəzasızlıqdan azğınlaşmış terrorçu bir rejimin növbəti təcavüz aktını həyata keçirmək cəhdi olduğunu bildirdi. Natiq Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına son dərəcə uğurlu səfərinin davam etdiyi bir vaxtda cəbhə boyu gərginliyin planlı surətdə ermənistan tərəfindən artırılmasını bu işğalçı forpostun son çırpıntılarından başqa bir şey olmadığını qeyd etdi. Öz havadarlarının diqtəsi və dəstəyilə atəşkəsi mütəmadi olaraq pozan, beynəlxalq hüquq
normalarını,   BMT-nin   qətnamələrini   daim   heçə   sayan   ermənistanın   bu   hərəkətləri   təbiiki Azərbaycanın   səbr   kasasını   daşdırdı.   Rəşadətli   Azərbaycan   ordusunun   bir   həmləsiylə darmadağın olan terrorçu birləşmələrin canlı qüvvə və texnika baxımından böyük itkilər verməsi, ordumuzun işğal altındakı strateji əhəmiyyətli yüksəklikləri ələ keçirməsi düşmən qüvvələrin panikaya düşməsinə, silahlarını ataraq arxa səngərləridə boşaldıb qaçmasına gətirib çıxardı. Terroru  və  təcavüzü özünün dövlət  siyasətinə çevirən,  diaspor təşkilatlarının  köməyilə özünü   havadarlarının   ərköyün   uşağı   kimi   aparan   ermənistan   hakimiyyəti   Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevin düyünlənmiş yumruğunun qarşısında tab gətirə bilmədi.  Bu   dəqiqə   bütün   Xalqımızın   qəlbi   ön   cəbhəylə   döyünür.   Hər   an   Cənab   Ali   Baş Komandanımızın bir əmri kifayətdirki bu erməni terrorçularını, işğalçılarını Vətən torpağından süpürüb tarixin zibil yeşiyinə ataq -deyən natiq qələbənin uzaqda olmadığını bildirdi. Tədbirdə   çıxış   edən   digər   natiqlər:   Azərbaycanda   Atatürk   Mərkəzinin   ictimai-siyasi şöbəsinin müdiri Əkbər Qoşalı, Sağlam İnkişaf və Marifləndirmə ictimai birliyinin sədri Anar Xəlilov,   Türkiyə   Respublikasının   Azərbaycandakı   Səfirliyinin   Müşaviri   Hamid   Karadeniz, Azərbaycanın Milli Qəhrəmanı Bəxtiyar Allahverdiyev, Skandinaviya Ölkələri ilə Mədəni və Elmi Əməkdaşlıq Təşkilatının sədri Nazim Əhmədli, Gürcüstan Azərbaycanlıları Konqresinin Prezidenti Əli Babayev, İqtisad Universitetinin müəllimi Xankişi Xankişiyev, Qarabağ Qazisi Habil Şirinov, Laçın rayon icra Hakimiyyətinin əməkdaşı Niftalı Manafov, Azadlıq Hərəkatçıları ictimai birliyinin sədri Təhmasib Növruzov və başqaları  ermənistan hakimiyyətinin təcavüzkar siyasətinin öz   xalqına baha   başa gəldiyini, erməni  əhalisinin bu  cinayətkar rejimdən  canını qurtarmağa çalışdıqlarını bildirdilər. Öz övladlarının Qarabağda ölməsinə etiraz edən erməni əhalisi cinayətkar Sərkisyan rejiminin istefa verməsini, Qarabağın əsil sahiblərinə qaytarılmasını deməkdən belə çəkinmirlər. Təhlükəsizlik   Şurasının   son   iclasında   Azərbaycan   Prezidenti   Cənab   İlham   Əliyevin -"ermənilər ölmək istəmirlərsə işğal etdikləri ərazilərdən rədd olub getsinlər" mesajı bu gün ermənistan tərəfinin böyük təşviş keçirməsinə səbəb olmuşdur. Bunun nəticəsidir ki, təmas xətində Azərbaycan və ermənistan tərəfindən müəyyən postlar qurulmuşdur. Bu postların missiyası erməni tərəfdən səngərdən qaçan, fərarilik edən ermənilərin
qarşısını almaqdan,   Azərbaycan tərəfdən qurulan postların məqsədi isə könüllü olaraq döyüşə girmək istəyən Vətən övladlarının qarşısını almaqdan ibarətdir.
Çıxış edən  natiqlər Türkiyə, Pakistan, Türkmənistan, Səudiyyə Ərəbistanı,  Qazaxıstan, Belorusiya rəsmilərinin Azərbaycanın mövqeyini birmənalı dəstəkləməsi, bir çox beynəlxalq təşkilatların ermənistanın gözlədiyi mövqeyi sərgiləməməsi bu separatçı forpostun rəhbərliyini şok vəziyyətinə salmışdır. Azərbaycan Xalqında olan inam, iradə, Silahlı qüvvələrimizin peşəkarlığı, vətənpərvərliyi və döyüş əzmi, qarşı tərəfin isə qorxu, xof və panika içərisində qaçmağı üstün tutması onu deməyə əsas verirki işğal olunmuş torpaqlarımızı tezliklə azad edəcəyik  və Vətən torpaqlarını terrorçulardan birdəfəlik təmizləyəcəyik-deyə natiqlər bəyan etdilər.  Tədbirin   sonunda   Azərbaycan   Respublikasının   Prezidenti,   Silahlı   Qüvvələrin   ali   Baş Komandanı Cənab ilham Əliyevə və bir çox beynəlxalq təşkilatlara müraciət qəbul edildi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00