Rektor və “Vyetsovpetro"şirkətinin müşaviri vyetnamlı tələbələrlə görüşüb
6 Aprel 2016 17:17 SosialAprelin 6-da ADNSU rektoru professor Mustafa Babanlı "Vyetsovpetro" birgə şirkətinin baş direktorunun müşaviri Mübariz Vəliyevi qebul edib və vyetnamlı tələbələrlə birgə görüş keçirilib. Qeyd edək ki, M.Vəliyev ADNSU-nun məzunudur və hazırda Vyetnamda adıçıkilən şirkətdə çalışır. "Vyetsovpetro" baş direktorunun göstərişinə əsasən ADNSU-da səfərdə olan M.Nağıyev burada təhsil alan vyetnamlı tələbələrin təhsili və perspektivləri ilə maraqlanıb. Görüşdə rektor universitetdə əcnəbi tələbələrə yaradılan imkanlardan və bu təhsil müəssisəsinin məzunlarının dünyanın müxtəlif şirkətlərində yüksək vəzifələrdə çalışdıqlarını ifadə edib. Vyetnamlı tələbələrin çalışqanlığı və təhsildə yüksək nəticələr əldə etmələri xüsusilə qeyd olunub və Vyetnm şirkəti ilə universitetin gələcək əməkdaşlıq imkanları müzkirə olunub. Görüşdə tələbələr təhsildən razı olduqlarını bildiriblər və magistratura səviyyəsini də bu universitetdə bitirib şirkətlərdə işlə təmin olunmaları ilə bağlı fikirlər ifadə ediblər.