Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin elektron poçt ünvanı yenilənib
6 Aprel 2016 17:04 SosialBakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin [email protected] rəsmi elektron poçt ünvanı yenilənib. "OLAYLAR"-ın xəbərinə görə, aprelin 6-dan etibarən şəbəkəyə daxil olan müəssisə və digər təşkilatlardan idarəyə gələn və idarədən yayımlanan bütün məktub, məlumat və xəbərlər [email protected] mail ünvanından həyata keçiriləcək. Həmçinin, idarədaxili vahid sistemdə şəxsi e-mail ünvanlar yaradılıb ki, bu da həm şəbəkə daxili əlaqələr, həmdə vətəndaşların struktur rəhbərləri ilə birbaşa təmas qurması üçün daha geniş imkanlar yaradır.
Qeyd edək ki, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi bu addımı yeni texnologiyalar və elektron resursları vasitələrindən istifadənin təkmilləşdirilməsi isiqamətində atıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00