Hərbi əməliyyatlar zamanı yol təssərrüfatına ziyan dəyməyib
6 Aprel 2016 17:03 SosialSon bir neçə gün ərzində təmas xəttində baş verən hərbi qarşıdurma və ermənilərin sərhəd rayon və kəndləri raket zərbələrinə məruz qoyması həmin yaşayış məntəqələrinin yol təssərrüfatına hər hansı bir ziyan vurmayıb. Belə bir açıqlama ilə "Azəravtoyol" Acıq Tipli Səhmdar Cəmiyyətinin mətbuat katibi Anar Nəcəfli çıxış edib. Səhmdar Cəmiyyətin rəsmisi "OLAYLAR"-a verdiyi açıqlamada deyib ki, hərbi əməliyyatlar zamanı sərhəd rayonların yol təssərrüfatına ziyan dəyməsi barədə quruma məlumat daxil olmayıb: "Hər halda belə bir hal qeydə alınmayıb. Əgər məlumat daxil olsaydı ictimaiyyətə məlumat verərdik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00