“Gənc fiziklərin yaradıcılıq müsabiqəsi”nin finalı keçirilib

Bakı şəhər məktəblilərinin fizika fənninə olan marağının daha da artırılması, onların bu sahədə bilik səviyyəsinin yüksəldilməsi və istedadlı şagirdlərin aşkara çıxarılması məqsədilə VIII-X sinif şagirdləri arasında 2016-cı ilin yanvar-mart aylarında "Gənc fiziklərin yaradıcılıq müsabiqəsi" keçirilib. AzTU-dan "OLAYLAR"-a bildirilib ki, 1-ci və 2-ci mərhələdən keçən gənc fiziklərin 3-cü, final mərhələsi aprelin 6-da AzTU-da yekunlaşıb. AzTU-nun rektoru,professor Havar Məmmədov "Gənc fiziklər"lə görüşü zamanı ilk olaraq cəbhədəki uğurlarımıza görə xalqımızı təbrik edib. Daha sonra rektor bu istedadlı şagirdləri gələcəkdə AzTU-da görmək arzusunda olduğunu bildirib və Universitet haqqında geniş məlumat verib. Rektor bildirib ki, ölkəmizin gələcək inkişafı texnoloji biliklərə sahib olan gənclərimizdən aslıdır. Tədbirdə final mərhələdə iştirak edən şagirdlərə sertifikatlar verilib. Daha sonra şagirdlər AzTU-nun kompyuter zalında testlə imtahan verərək müsabiqəni yekunlaşdırıblar. Final mərhələdə 24 komandadan ibarət 72 şagird iştirak edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00