Dəmiryolunun Sənqəçal istehsalat bazası yenidən qurulur

Azərbaycan Dəmir Yollarının Səngəçal istehsalat bazası yenidən qurulur. "OLAYLAR"-ın xəbərinə görə, birinci bazada hər biri 400 metr olan üç yol qəlibi tamamilə sökülüb və əvəzində  yenilərinin tikilməsi həyata keçirilib. Həm də bu yol qəliblərinin hər biri 225 metr uzadılıb və iş əmsalının artırılmasına şərait yaradılıb. Yeni tikilən ikinci bazada eyni mürəkkəbliklərlə müşayiət olunan iş prosesi  də sonda ikisi 625 metr, biri 705 metr olmaqla üç yol qəlibinin tikintisi ilə başa çatıb. Bütövlükdə baza daxilində 7 km-dən artıq yol yenilənib. Bu da onu göstərir ki, Səngəçal istehsalat bazalarında bir ay ərzində 60-65 km yol çərçivəsi tikib hazırlamaq mümkün olacaq. Bazadakı yenidənqurma işlərində 200-dən artıq kollektiv üzvü çalışır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00