Ordumuza dəstək olmağa hazırıq!

Yardımlı rayonu A.Q.Fətullayev adına Anzov kənd tam orta məktəbinin pedaqoji və texniki, eyni zamanda şagird kollektivi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələri Ali Baş Komandanı İlham Əliyev cənablarına və Azərbaycan Respublikasının Müdafiə Naziri cənab Zakir Həsənova müraciət ediblər. Müraciətdə bildirilir ki, Azərbaycanın əzəli və əbədi torpağı olan Qarabağ ərazisi erməni işğalçıları tərəfindən zaman-zaman işğala məruz qalıb, əhalisi yurd-yuvasından didərgin salınıb.Saysız-hesabsız fərdi təsərrüfat, tikili, ictimai binalar, tarix və mədəniyyət abidələri erməni vandalizminin qurbanı olmuşdur. Erməni vandalistləri tərəfindən misli görünməmiş vəhşiliklər törədilmişdir.Düşmənin qəsbkarlıq niyyəti bu gün də davam edir. Xalqımız humanist, tolerant bir xalq olduğundan bu münaqişənin həllindən ötrü daha çox dinc yolla münaqişənin həllinə üstünlük verirdi.Bu siyasət isə mənfur ermənilər tərəfindən layiqli qiymətləndirilmir, daim atəşkəs rejimini pozurdular.Hər şeyin bir həddi olduğu kimi, Azərbaycan xalqının da səbrinin bir həddi, tükənən vaxtı var idi.Təbii ki, dövlətimiz ərazisinin işğalına seyrçi mövqe nümayiş etdirə bilməzdi. Bu il aprelin 2-də erməni işğalçı ordusu atəşkəs rejimini kobudcasına pozaraq mövqelərimizə , eləcə də dinc, bütün beynəlxalq konvensiyalarla hüquqları qorunan mülki əhalini ən müasir silahlardan atəşə məruz qoymaqla bir daha iş üzünü göstərdi.Nəzərə almadılar ki, artıq nə 1990-91-ci il deyil, nə də onların havadarları onlara havadarlıq edə bilər.Son günlər məğlubedilməz Azərbaycan ordusu düşməni layiq olduğu, haqq edildiyi cəzaya məruz qoyur.

Cənab Ali Baş Komandan! Cənab Müdafiə Naziri! Əziz əsgər qardaşlarımız! Təhsil aldığımız Yardımlı rayon Anzov kənd tam orta məktəbi Vətənin azadlığı və müstəqilliyi uğrunda beş oğlunu şəhid vermişdir.Sizi əmin edirik ki, bu gün də yaşımızın çatıb-çatmamasından asılı olmayaraq hər an Ali Baş Komandanın ətrafında sıx birləşməyə, tarixi torpaqlarımızı yağı düşməndən təmizləməyə canımızdan belə keçməyə hazırıq!
Əziz əsgərlər! Biz Sizinləyik.Sizinlə fəxr edirik.İnanırıq ki, qəhrəman Azərbaycan əsgəri çox qısa bir zamanda Qarabağımızı işğaldan azad edəcək, yağı düşmənin kökünü kəsəcəkdir.Azərbaycanın üçrəngli bayrağı Xankəndində, Laçında, Şuşada...bütün torpaqlarımızda əzəmətlə dalğalanacaqdır.
Tanrı Sizi qorusun Azərbaycan əsgəri!
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00