Hərbiçilər “BakuBus” dan pulsuz istifadə edəcək
6 Aprel 2016 16:05 SosialBundan sonra hərbiçilər "BakuBus"a məxsus avtobuslardan pulsuz istifadə edəcəklər. "OLAYLAR"-ın xəbərinə görə, bu barədə məlumat qurumun mətbuat xidmətindən verilib. Bildirilib ki, "Hərbi qulluqçuların statusu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən müddətli həqiqi hərbi xidmət qulluqçuları sərnişin nəqliyyatının bütün növlərindən (taksidən başqa) pulsuz istifadə edə bilərlər: "BakuBus" olaraq bu hüququnuzu tanımayan sürücülərlə bağlı *4242 Çağrı Mərkəzimizə məlumat verməyinizi xahiş edirik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00