“Azərsu” prezident sərəncamının icrasına başlayıb
6 Aprel 2016 16:02 Sosial"İstehlakçıların suölçən cihazlarla təmin edilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 29 mart 2016-cı il tarixli Sərəncamından irəli gələn vəzifələrin icrasına başlanılıb. "Azərsu" Açıq Səhmdar Cəmiyyətindən "OLAYLAR"-a daxil olan məlumata görə, qurum əhali qrupu istehlakçılarının smart tipli suölçən cihazlarla təmin edilməsi məqsədilə tender elan edib. Tenderin şərtlərinə görə, sayğaclar Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda quraşdırılacaq. Ümumilikdə sayğaclaşma işləri 36052 həyət, 13948 bina evi üzrə aparılacaq. Sayğacların quraşdırılması işlərinin 2016-cı ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulur. Qeyd edək ki, aprelin 1-dək olan müddətdə Azərsu" ASC tərəfindən 417550 smart sayğac quraşdırılıb. Quraşdırılmış sayğacların 381381 ədədi əhali, 36169 ədədi isə qeyri əhali qrupu abunəçilərinin payına düşür. Ötən müddətdə Bakı şəhəri və Abşeron yarımadasında 244997, regionlarda isə 172553 ədəd smart sayğac quraşdırılıb.