Baharı evinizdə hiss edin - 10 DEKOR MƏSLƏHƏTİ

Baharın gəlişi, havaların isinməsi insanlarda yüksək əhval-ruhiyyə yaradır. Bu da insanları xarici görünüşlərini, şəraitlərini, ev dekorasiyalarını dəyişməyə həvəsləndirir. Bu mövsümdə mebel və dekorasiyada tez-tez yenilənən dəblər, naxışlar, bir-birindən fərqli dizaynlar da ortaya çıxır. Aile.lent.az baharın enerjisini və ruhunu evində əks etdirmək istəyənlərə məsləhətlər verir.

1. Yaz yayın xəbərçisidir. Buna görə də günəşin özünü göstərməsiylə birlikdə enerji və motivasiya artır. Bu enerjini evində əks etdirmək istəyənlər əvvəlcə olduqları yerə istilik qatacaq ünsürləri bir araya gətirərək işə başlaya bilərlər. Məsələn, taxta, güzgü və döşəmələr baş rol oyunçusu kimi istifadə edilə bilər.

2. Qonaq otağında canlı rənglər və naxışların hakim olduğu divan, kreslolardan istifadə edərək, bahara keçid edə bilərsiniz. Xüsusilə sarı, yaşıl, mavi, qırmızı kimi isti tonlara üstünlük verin.

3. Yemək və qonaq otağı bir aradadırsa və divan-kreslolarınızı dəyişdirməyi düşünmürsünüzsə, masanızın ətrafına yerləşdirdiyiniz stul və oturacaqlarla da baharı evinizə gətirə bilərsiniz.

4. Taxta toxumalı yemək masaları, xüsusilə yaz və yay ayları üçün əla dekorasiya təklifidir. Taxta masalar, fərqli materiallarla düzəldilən stullar və skamyalar bir arada istifadə edilə bilər.

5. Evinizdə çox olduğunuz məkanlarında xoş, fərəh duyğusu yaratmaq üçün divarlara açıq rəngli boya vurun. Bir hissəsi açıq rəng, digər hissəsi pastel tonlara boyanan divarlar sayəsində kiçik sahələrdə balanslı təzad da yarada bilərsiniz. Bundan başqa, mebeli divara paralel qoyun.

6. İşıqlandırma mühitin ən vacib ünsürlərindən biridir. Mənzillərin xüsusiyyətinə görə işıqlandırma seçimləri də fərqlilik göstərəcək. İşıqlandırma seçiminizdə metal ön planda ola bilər. Metalın soyuqluğu işıq ilə qırılır və daxili məkanda isti bir atmosfer meydana gəlir.

7. Həndəsi formada və açıq olaraq qurduğunuz kitabxanalar evinizin havasını bir anda dəyişdirəcək. Beton divarlara söykənən taxta kitabxanalar mühitə hərəkət qatacaq.

8. Bahar aylarında dekorasiyada eklektik xəttin hakimiyyətindən söz etmək səhv olmaz. Yəni bir-biriylə eyni xətdəki məhsullar yerinə fərqli dizayn və rəngdəki məhsullar eyni mühitdə uyğunlaşma yarada bilir. Kitabxana mövzusunda rəngi və dizaynı rəqs etdirən məhsulları seçə bilərsiniz.

9. "Çox kiçik bir dəyişiklik istəyirəm", - deyirsinizsə, kətillərdən başlaya bilərsiniz. Dekorativ kətil həm oturmaq üçün istifadə ediləcək, həm də bəzək əşyası kimi görünəcək. Yaz ab-havası yaratmaq üçün, hətta kətilin üzərinə dibçək gülü də qoya bilərsiniz.

10. Bahar dekorasiyasının ən vacib ünsürlərindən biri də güzgülər, çərçivələr və dekorativ aksessuarlardır. Ayna mühitə işıq saçmaqla yanaşı, olduqca lazımlı bir dekorasiya məhsuludur. Güzgü seçimi edərkən onun dizaynına da diqqət edin. Klassik güzgülərin əvəzinə taxta və metaldən hazırlanmış güzgülərə üstünlük verin.

Evinizin təbiiliyini pozmadan aksessuarlara da kiçik toxunuşlar edə bilərsiniz. Şüşə formasındakı vazlara yerləşdirəcəyiniz quru budaqlar möhtəşəm görünüş meydana gətirər. Son olaraq, şamları da unutmayın.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00