Hesablama Palatası hesabat verəcək

Hesablama Palatasının 2015-ci ildə fəaliyyəti barədə hesabatı aprelin 15-də Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq. Bu barədə Hesablama Palatasının mətbuat xidmətinin rəhbəri Nailə Məhərrəmova deyib. O qeyd edib ki, Hesablama Palatasının hesabatı ilk olaraq komitə iclaslarında müzakirə ediləcək. Milli Məclisin iclasında qurumun il ərzində apardığı yoxlamalarla bağlı hesabatı Palatanın sədri Vüqar Gülməmmədov təqdim edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00