Zərdab rayonu, Dəliquşçu kəndində vətəndaşa məxsus villa yanıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 200 kv.m olan kürsülü, bir mərtəbəli 5 otaqlı evin bir otağında 6 kv.m sahədə ev əşyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00