Azərbaycanda ƏDV-nin faiz dərəcəsi 2 dəfə azaldıla bilər
6 Aprel 2016 15:09 SosialAzərbaycan Vergilər Nazirliyi nağdsız hesablaşmalar zamanı ƏDV üzrə vergi dərəcəsini indiki 18 faizdən 9 faizədək azaldılmasını təklif edir. Trend bildirir ki, bunu vergilər nazirinin müavini Sahib Ələkbərov bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu, ölkədə nağdsız hesablaşmaların stimullaşdırılmasına kömək edəcək: "Bununla belə, bu təklif hamı tərəfindən dəstəklənmir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00