Gürcüstanın baş naziri Azərbaycana səfər edəcək

Gürcüstanın baş naziri Georgi Kvirikaşvili mayın sonunda Azərbaycana səfər edəcək. "APA-Economics" "Georgia Online" portalına istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev xəbər verib. Diplomat bildirib ki, G. Kvirikaşvilinin Bakıya səfəri çərçivəsində Azərbaycan-Gürcüstan hökumətlərarası komissiyasının iclası keçiriləcək. "Hazırda səfərin və iclasın təşkilinə aktiv hazırlıq gedir", - deyə səfir qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00