İndi də sarı qızdırma çıxdı
6 Aprel 2016 13:50 SosialSon həftələr Afrikanın Cənub -Qərbində yerləşən Anqoladan həyəcanlı xəbərlər gəlməkdədir. "Olaylar"ın Türkiyə bürosu xəbər verir ki, Dünya Səhiyyə Təşkilatının məlumatına görə ölkədə sarı qızdırma xəstəliyi tüğyan edir. Son bir neçə ayda ölkənin böyük bir hissəsində 1600 dan çox bu yoluxucu xəstəlik halları qeyd edilib. 225 nəfərin xəstəlikdən dünyasını dəyişdiyi bildilir. Hal hazırda ölkədə təcili şəkildə peyvəndləmə tədbirləri həyata keçirlir. Olay Anqola Səhiyyə Naziri Luis Sambo tərəfindən də təsdiq edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00