Xarici güclərin erməni sevgisi yenə özünü göstərdi
Havadarlari erməniləri bu dəfə də məhv olmaqdan qurtardı
6 Aprel 2016 13:44 SosialAzərbaycan Silahlı Qüvvələrinin 4 günlük uğurlu hərbi əməliyyatları ermənilərin xarici havadarlarını ciddi şəkildə narahat etdi. Narahat etdi ona görə ki, Azərbaycanın uğurlu hərbi əməliyyatlarının erməniləri darmadağın edəcəyi artıq reallıq idi. Və bu da gələcək illərdə həmin qüvvələrin erməni kartından istifadə edərək Azərbaycana qarşı hansıs məsələlərdə təsir göstərə biləcəyini mümkünsüz edirdi. Bu səbəbdən xarici güclər proseslərə müdaxilə edərək erməniləri məhv olmaq təhlükəsindən xilas etdilər. Atəşkəsin barədə tərəflərin razılığa gəlməsi nə qədər ruh düşkünlüyü yaratsa da, lakin hər bir Azərbaycan vətəndaşı Silahlı Qüvvələrimizin nəyə qadir olduğunun şahidinə çevrildi.
Hərbi əməliyyatların dayandırılması və atəşkəsin bərpa olunmasına münasibətlər də fərqlidir. Kimi bunu təqdir edir, kimi isə savaşın davam etdirilməli olduğunu deyir. Amma ortada olan reallıq isə bundan ibarətdir ki, xarici güclər ermənilərin terrorçuluq və içğalçılıq siyasətinə haqq qazandırır, onu himayə edirlər.
Millət vəkili Sahib Alıyev də deyir ki, hər kəs ordumuzun başlatdığı cavab əməliyyatlarının davam etdirilməsini, torpaqlarımızın tam geri qaytarılmasını arzulayır: "Bu, təbii arzudur. Ancaq bilmək lazımdır, bizim gördüyümüz bu cavab tədbirlərində məqsəd döyüşlərin miqyasını genişləndirmək deyildi. Düşməni sarsıltmaq, ona həddini göstərmək, status- kvonu qoruyub saxlaya bilməyəcəyini anlatmaq, böyük itkilərə yol vermədən danışıqlar yoluyla problemi çözməkdir. Əgər emosiyaya və eyforiyaya qapılıb yeni-yeni torpaqlar azad etməyə qalxsaq, ermənilərin yiyələri tərəfləri ayırmaq adı altında Qarabağa qoşun yeridər və biz heç vaxt arzulamadığımız reallıqla qarşılaşa bilərdik". Millət vəkili bildirib ki, Azərbaycana Qarabağda hər hansı bir böyük dövlətin hərbi mövcudluğu lazım deyil və bu, problemin həllinə qətiyyən yardım etməyəcək: "Ən azından ortada Güney Osetiya və Abxaziya təcrübələri var. Bizə ermənilərin və havadarlarının topralqarımızın daha 20 il işğal altında qalmasıyla barışmayacağımızı anlamaları lazım idi. Anladılar. Onlara bunu ruhları qarşısında baş əydiyimiz şəhidlərimiz anlatdılar. Müzəffər ordumuz, Ali Baş Komandanımız anlatdı2. Sahib Alıyevin sözlərinə görə, həmsədr dövlətlərdən öz üzərilərinə düşəni etmələrini gözləyirik: "Yoxsa artıq bir neçə strateji yüksəklikdən erməniləri vurub çıxaran ordumuz öz sözünü deyəcək. Son 3 gündə necə qətiyyətlə deyirdisə o cür deyəcək".
Azərbaycan Milli İstiqlal Partiyasının beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayev deyib ki, Dağlıq Qarabağ problemini yaradan və onun həllini uzadan
tərəfin Rusiya olduğu heç kimə sirr deyil: "Həmçinin 1992-1993-cü illərdə Xocalı soyqırımı və ərazilərimizin işğalı yenə də rus qoşunlarının ermənilərə birbaşa yardımı ilə həyata keçirilib. Bütün bunlara rəğmən problemin sülh yolu ilə həlli Rusiyanın da daxil olduğu Minsk qrupuna həvalə ediləndə bu məsənin uzanacağı təxmin edilmişdi. Bizim müxtəlif zamanlarda ATƏT-in Qarabağ problemi ilə bağlı məruzəçiləri olmuş Avropa siyasətciləri ilə görüşlərimiz zamanı onlar qeyri- rəsmi olaraq bildirirdilər ki, problemin hər iki tərəfi qane edəcək həlli forması çoxdan hazırdır. Bundan o tərəfi mümkünsüzdür. Amma bunun həyata keçməsinə mane olan yalnız Rusiyadır. Düzü, bizim üçün bu o qədər təəcüblü olmadı. Çünki keçmiş postsovet məkanında bu tipli problemleri yaradan Rusiya nədən bunları həll etmək marağında olmalı idi ki? Ən acınacaqlısı da odur ki, Azərbaycanda hələ də Rusiya sevdallıları var". AMİP rəsmisinin sözlərinə görə, hərbçilərimizin apardığı 4 günlük müharibə gedişində Rusiya KİV-nin, xüsusilə də TV - lərin ölkəmizə qarşı həyasızcasına apardığı çirkin kampaniya bir daha sübüt etdi ki, onların dildə söylədiyi dost və strateji partnyor sözləri də saxtadır: "Bütün bunlardan sonra kimsə sübüt etməyə çalışmasın ki, bu fəaliyyət həmin TV-lərdə çalışan ermənilərin gördüyü işlərin nəticəsidir. Çünki TV-in hamısı Rusiya hakimiyyətinin nəzarətindədir. Son illərin təcrübəsi göstərdi ki, kimliyindən asılı olmayaraq kimsə Rusiyanın strateji maraqlarına zidd hansısa siyasi iqtisadi verilişlər hazırlaya bilməz, bu siyasətə zidd fikir söyləyə bilməz. Eyni zamanda bu 4 günlük müharibənin bizim üçün əsas uğurlarından biri də gənclərimizdə Qarabağ və vətənpərvərlik təəssübünün daha da yüksəlməsidir. Bu günkü gənclərimizin çoxu 90-cı illərin əvvələrində ya həyata gəlməmişdilər ya da ki, prosesləri anlayacaq yaşda deyildilər. Həmin vaxt gedən müharibənin canlı şahidləri olmadıqları üçün o dövrü yaşayan insanlar qədər hadisələrə yanaşmaya bilərdilər. Amma indi artıq onlar hər şeyin canlı şahidi oldular, kimin dost, kimin düşmən olduğunu gördülər".
Süleyman