70 ədəd mobil telefonun ölkəyə keçirilməsinin qarşısını alıb
6 Aprel 2016 13:18 SosialXaçmaz Gömrük İdarəsinin əməkdaşları 70 ədəd mobil telefonun qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısını alıb. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, Moskva-Bakı sərnişin qatarının 3 saylı vaqonunda Rusiya Federasiyasından Azərbaycana gələn Azərbaycan Respublikası vətəndaşının əl çantalarına Xaçmaz Gömrük İdarəsinin Yalama gömrük postunda gömrük baxışı keçirilib. Baxış zamanı 3 ədəd əl çantasının alt hissəsindəki xüsusi düzəldilmiş saxlanc yerindən 70 ədəd "Samsung Galaxy Ace 4 Neo" markalı mobil telefonlar aşkar olunaraq götürülüb. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00