"Pakistan Observer": Azərbaycan torpaqlarının işğal edilməsinə baxmayaraq, son dərəcə səbr nümayiş etdirdi

Azərbaycan beynəlxalq ictimaiyyətin çağırışlarına cavab olaraq qoşunların təmas xəttində birtərəfli qaydada hərbi əməliyyatları dayandığını elan etsə də, separatçılara dəstək verən Ermənistan bu xoş iradəyə cavab jestilə qarşılıq vermədi. Trend-in məlumatına görə, bu barədə "Pakistan Observer" qəzeti yazır. Məqalə müəllifi yazır ki, Azərbaycan ərazisinin 20 faizinin xarici qüvvələrin dəstəyilə Ermənistan tərəfindən işğal ertməsinə baxmayaraq son dərəcə səbr nümayiş etdirdi: "Lakin Yerevan özgə torpaqlardan imtina etməyə hazır deyil. Beynəlxalq ictimaiyyətin səmimi üzvləri Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi məsələsində Bakı ilə tam həmrəyliklərini ifadə etmək istərdilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00