Bağlanan bankın borclu müştərilərinə XƏBƏRDARLIQ
6 Aprel 2016 12:22 Sosial1 saylı Bakı İqtisadi-İnzibati Məhkəməsinin 10 fevral 2016-cı il tarixli qərarı ilə "Texnikabank" ASC müflis elan edilib və iflas prosesinə başlanılıb. "M. M. M. Perfekt Konsaltinq" MMC ləğvedici təyin edilib. Faktxeber.com bildirir ki, MMC-dən verilən məlumata görə, adıçəkilən banka borcu (krediti) olan və vaxtında ödənişləri həyata keçirməyən fiziki və hüquqi şəxslərə qarşı qanunvericiliklə nəzərdə tutulmuş qaydada lazımi tədbirlər görüləcək. "Bankın müflis elan olunması borclu şəxslər tərəfindən borcların ödənilməməsinə əsas vermir", - deyə məlumatda bildirilir. Kreditorlara bildirilir ki, öz tələblərini qeydiyyata alınması üçün 15 aprel 2015-cı il tarixinədək ləğvediciyə təqdim edə bilərlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00