AAK-dan Almaniya kanslerinə etiraz məktubu
“Niyə azərbaycanlıların taleyi Sizi biganə qoyur”
6 Aprel 2016 11:56 SosialAvropa Azərbaycanlıları Konqresi (AAK) Ermənistanın Azərbaycan torpaqlarına hərbi təcavüzü ilə əlaqədar Almaniyanın Bundes kansleri Angela Merkelə məktub uünvanlayıb. Konqresin prezidenti Samira Patzer-İzmailova "OLAYLAR"-a bildirib ki, məktubda AAK-ın Azərbaycanın işğal olunmuş ərazilərdə mövcud vəziyyətlə bağlı dərin narahatlığı və kəskin tənqidi ifadə edilib. Etiraz məktubunda qeyd edilib ki, Ermənistan hərbi qüvvələri müharibənin yenidən başlaması üçün təxribat aksiyaları ilə çıxış ediblər. Bu təxribat nəticəsində Azərbaycan əsgərləri öldürülüb, dinc əhaliyə zərər dəyib. Daha sonra məktubda Dağlıq Qarabağ münaqişəsinə dair tarixi və statistik məlumat verilərək, bu münaqişənin həll edilməsinin bütün region və beynəlxalq münasibətlərin inkişafında əhəmiyyəti qeyd edilib. Məktubda Angela Merkelə açıq sual verilib. Qeyd edilib ki, niyə azərbaycanlılar müstəsnadır, niyə azərbaycanlıların taleyi Sizi biganə qoyur. AAK Angela Merkelə Avropada yaşayan Azərbaycanllıların rəğbətini izhar edərək, Azərbaycan xalqının taleyinə ədalətli münasibət, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsini, Avropa azərbaycanlılarının bu gözləntisinin həyata keçməsini təkidlə tələb edib.