Ukraynada yaşayan qafqazlılardan Azərbaycana dəstək

Ukrayna Qafqaz Xalqları Konqresinin Qafqaz millətlərindən ibarət "Ukrayna-1" könüllülər batalyonu səfərbərliyə hazırdır. "OLAYLAR"-un xəbərinə görə, bu fikirləri Ukrayna Qafqaz Xalqları Konqresinin sədri Paşa Məmmədov səsləndirib. Bildirib ki, bundan əlavə Ukraynanın Gürcü Milli Legionu da Qarabağın azadlığı uğrunda vuruşmağa hazır olduğunu bəyan edib: "Əsasən Qax-Zaqatala-Bəlakan rayonlarından olan azərbaycanlılar, gürcülər, avarlar, saxurlar, ingiloylar, ləzgilər və ümümən bizim bölgəmizin əhalisinin əksəriyyəti Vətənimiz uğrunda canından belə keçməyə hazırdır". Paşa Məmmədov deyib ki, Azərbaycanda yaşayan bu torpağı öz torpağı bilən, öz Vətəni sayan millətindən aslı olmayaraq hər bir azərbaycanlı səfərbərliyə hazırdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00