Mədəniyyət və turizm naziri Ucarda vətəndaşları qəbul edəcək
6 Aprel 2016 11:39 SosialAprelin 11-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Ucar şəhərindəki Heydər Əliyev Mərkəzində Ağdaş, Göyçay, Kürdəmir, Ucar və Zərdab rayonlarından olan vətəndaşları qəbul edəcək. Bu barədə məlumat "OLAYLAR"-a nazirliyin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin aprel ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən baş tutacaq. Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə qəbula yazıla bilərlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00