Qaradağda "Qan ver, xilas et" devizi ilə könüllü qan vermə aksiyası keçirilib

Qaradağ rayonunda "Qan ver, xilas et" devizi altında növbəti qan vermə aksiyası keçirilib. Qaradağ Rayon İcra hakimiyyətindən verilən məlumatda bildirilir ki, aprelin 5-də Lökbatan qəsəbəsindəki 19 saylı Birləşmiş Şəhər Xəstəxanasının poliklinika şöbəsində növbəti könüllü qanvermə aksiyası keçirilib. Qaradağ Rayon İcra hakimiyyətinin təşəbbüsü ilə başlayan aksiyada rayonun bütün qəsəbələrindən olan sakinlər, o cümlədən idarə və müəssisələrdə çalışan əməkdaşlar, geniş ictimaiyyətin nümayəndələri və gənclər iştirak ediblər. Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitunun Mərkəzi Qan Bankının 20-yə yaxın tibbi personalı aksiyaya cəlb edilib. Tədbirdə iştirak edən Qaradağ sakinləri vətəndaşlıq borclarını yerinə yetirmək üçün bura gəldiklərini bildiriblər. Könüllü qan vermə aksiyasinda rayon sakinləri yüksək fəallıq göstərib, gün ərzində müayinə olunan 500-dən çox rayon sakininin 200 nəfərindən qan götürülərək Mərkəzi Qan Bankına təhvil verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00