Ağdam və Tərtərin orta məktəblərində dərslər bərpa edilib

Ağdam və Tərtər rayonlarının orta məktəblərində tədris prosesi bərpa olunub.  Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov Trend-ə açıqlamasında deyib ki, artıq bu gündən etibarən rayonun bütün kəndlərində orta məktəblərdə dərslərə başlanılıb: "Təmas xəttindəki kəndlərdə qadın və azyaşlı uşaqlar öz evlərinə qaytarılıb, şagirdlər normal qaydada dərslərinə davam edirlər". Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov isə Trend-ə deyib ki, cəbhə xəttindəki vəziyyətlə bağlı təmas xəttində yerləşən cəmi 3 kənddə orta məktəblər fəaliyyətini dayandırmışdı: "Aprelin 6-dan etibarən həmin məktəblərdə də tədris bərpa edilib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00