Cərimə meydançalarında nəqliyyat vasitələrinin saxlanma tarifləri təsdiqlənib
5 Aprel 2016 18:55 SosialBu gün Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. Şuradan APA-ya verilən xəbərə görə, iclasda həmçinin, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin nəzdindəki cərimə meydançalarında nəqliyyat vasitələrinin 1 gün üçün saxlanması xidmətlərinin tarifləri nəqliyyat vasitəsinin çəkisi 3,5 tonadək olduqda 1 manat, 3,5 tondan 10 tonadək olduqda 2 manat, 10 tondan yuxarı olduqda isə 3 manat müəyyən edilib. Qərarlar Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) "Şuranın qərarları" bölmələrində yerləşdirilib.
Sosial səhifələrdə paylaş
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00