Azərbaycan 6 gəmi alır

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin müasir, beynəlxalq standartlara cavab verən və çevik bir şirkətə çevrilməsi üçün qarşıya qoyulan vəzifələr donanmanın yeniləşdirilməsi prosesini, eləcə də Qara dəniz-Aralıq dənizi hövzəsində istismar edilən gəmilərin sayının artırılmasını qaçılmaz edir. Milli.Az bildirir ki, bu barədə "Xəzər Dəniz Gəmçiliyi" QSC-dən report-a daxil olan məlumatda deyilib. Beynəlxalq sularda işləmək üçün 6 ədəd quru yük gəmisinin alınması barədə qərar qəbul edilib. Onlardan 3-nün aprelin 11-də, digər 3 gəminin isə ayın sonuna qədər Gəmiçiliyə təhvil verilməsi planlaşdırılır.

Qeyd edək ki, 5 500 ton dedveytə malik bu gəmilər Rusiyada inşa edilib, 2014-cü ildə alınan və indi Qara dənizdə istismar olunan "Natəvan" və "Üzeyir Hacıbəyli" gəmiləri ilə eyni layihədəndir. Hazırda yeni alınan gəmilərin heyətləri formalaşdırılır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00