QAT müharibənin davamını bir daha tələb etdi

Qarabağ Azadlıq Təşkilatı İdarə heyətinin iclasında cəbhədəki vəziyyət, təşkilat üzvlərinin cəbhəyə səfərinin yekunları bir daha müzakirə olunub. İclas iştirakçıları ordumuzun cəbhədə qələbələrini yüksək qiymətləndirib, dövlətin və ordunun hazırlığının yüksək səviyyədə olduğunu xüsusi olaraq vurğulayıblar: Xalq, dövlət, ordu döyüşə tam hazırdır. Biz hakimiyyətin müharibə ilə bağlı bütün mövqeyini tam dəstəkləyirik. Biz bir təşkilat olaraq müharibənin tələblərinə tam səfərbər olunmuşuq, ölkənin siyasi və hərbi rəhbərliyinin istənilən qərarını yerinə yetirməyə hazırıq. Biz bu gün atəşkəsin bərpa olunması ilə bağlı qərara kəskin etirazımızı bildirir və xüsusi olaraq tələb edirik ki, hərbi əməliyyatlar davam etdirilsin, torpaqlarımız tam azad olunana, dövlət sərhədlərimiz bərpa olunanadək davam etdirilsin. Bizim başqa yolumuz yoxdur!
Ya Qarabağ, ya ölüm!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00